“Barselona”da ikiqat sevinc: əsas futbolçular geri qayıdır

15 Oktyabr 2026 17:03
86
“Barselona”da ikiqat sevinc: əsas futbolçular geri qayıdır

İspaniyanın “Barselona” futbol komandasının heyətində iki aparıcı oyunçunun geri dönüşü gözlənilir.

İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu Rafinya və niderlandlı yarımmüdafiəçi Frenki de Yonq zədələrindən sonra kollektiv məşqlərə qoşulublar.

Hər iki futbolçu oktyabrın 15-də komanda ilə birlikdə tam məşq keçib. De Yonqun bərpa prosesində artıq heç bir geriləmə müşahidə edilmir. Onun İspaniya La Liqasının növbəti turunda “Betis”ə qarşı keçiriləcək görüşdə iştirak etməsi gözlənilir.

Braziliya millisinin düşərgəsində olarkən zədələnən Rafinya isə “Xetafe” (3:0) və “Qalatasaray” (4:1) ilə qarşılaşmaları buraxıb. Hücumçunun da “Betis”lə matçda meydana çıxmaq ehtimalı var.

Baş məşqçi Hans-Diter Flik futbolçuların fiziki vəziyyətini qiymətləndirdikdən sonra onların oyun üçün sifariş ərizəsinə daxil edilib-edilməyəcəyi barədə qərar verəcək.

Hazırda “Barselona”nın heyətində yalnız Andreas Kristensen və Runi Bardci zədə səbəbindən komanda məşqlərində iştirak etmirlər.

Qeyd edək ki, “Barselona” oktyabrın 17-də səfərdə “Betis”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sevilya təmsilçisi hazırda La Liqanın turnir cədvəlində Kataloniya klubundan beş xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

İdman.Biz