Konfrans Liqasında debüt edəcək kənd klubunun mətbuat konfransına bir jurnalist qatıldı

15 Oktyabr 2026 15:34
118
Konfrans Liqasında debüt edəcək kənd klubunun mətbuat konfransına bir jurnalist qatıldı

İsveçin kiçik balıqçı kəndini təmsil edən “Myallbu” klubu bu gün avrokuboklarda debüt edəcək.

İdman.Biz xəbər verir ki, oyunöncəsi diqqətçəkən hadisə yaşanıb. Belə ki, tarixi hadisə yerli medianın marağına səbəb olmayıb.

“Myallbu” klubunun Konfrans Liqasında tarixi debütг ərəfəsində keçirilən mətbuat konfransına cəmi bir jurnalist qatılıb. Komandanın baş məşqçisi isə sualları yalnız bir müxbirə cavablandırmalı olub.

Maraqlı digər məqam isə, komandanın yerləşdiyi kənddə 1 500-ə yaxın sakinin məskunlaşması var yerli stadionun UEFA-nın tələblərinə cavab verməməsidir.

Digər tərəfdən, “Myallbu”nin rəqibi də geniş tanınan klub deyil. İsveç təmsilçisi bu gün Andorranın “İnter Eskaldes” komandası ilə qarşılaşacaq. Rəqib də avrokuboklarda debüt edir.

Məlumata görə, “Myallbu”nin futbolçularının əksəriyyəti kiçik yataqxanada yaşayır. Klub tarixində ilk dəfə ölkə çempionu olduqdan sonra təşkil edilən çempionluq yürüşü də qeyri-adi mənzərə ilə yadda qalıb: futbolçular və azarkeşlər qələbəni traktorlarla qeyd ediblər.

İdman.Biz