“Mançester Siti” - PSJ rəqabəti niyə “neft derbisi” adlandırılır?

14 Oktyabr 2026 18:13
89
“Mançester Siti” - PSJ rəqabəti niyə “neft derbisi” adlandırılır?

İngiltərənin “Mançester Siti” və Fransanın PSJ futbol komandaları arasındakı rəqabət təkcə meydanda deyil, iqtisadi və siyasi müstəvidə də davam edir.

İdman.Biz xəbər verir ki, iki klubun qarşılaşmaları qeyri-rəsmi olaraq “El Cashico”, yəni “pul derbisi” adlandırılır. Bunun əsas səbəbi komandaların arxasında neft və qaz sərvətləri ilə tanınan Fars körfəzi ölkələrinin dayanmasıdır.

“Mançester Siti” Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi United Group” (ADUG) şirkətinin, PSJ isə Qətərin “Gatar Sports Investments” (QSI) investisiya fondunun nəzarətindədir.

Hər iki ölkə futboldan beynəlxalq nüfuzunu artırmaq üçün “yumşaq güc” vasitəsi kimi istifadə edir. “Mançester Siti” “City Football Group” vasitəsilə dünyanın müxtəlif ölkələrində klublar şəbəkəsi yaradaraq Əbu-Dabinin tanıdılmasına xidmət edir. PSJ isə “Nike” və “Dior” kimi nüfuzlu beynəlxalq brendlərlə əməkdaşlıq platformasına çevrilib.

Klublar arasındakı rəqabətin geosiyasi tərəfi də var. BƏƏ ilə Qətər arasında münasibətlər regiondakı siyasi vəziyyət səbəbindən müəyyən gərginliklərlə müşayiət olunur.

Digər fərq komandaların UEFA ilə münasibətlərində özünü göstərir. Paris təmsilçisi qurumla əməkdaşlığa və onun təşəbbüslərini dəstəkləməyə üstünlük verdiyi halda, “Mançester Siti” maliyyə qaydaları ilə bağlı UEFA ilə dəfələrlə hüquqi mübahisələr yaşayıb.

İki klub transfer bazarında da bir-birinə rəqibdir. PSJ uzun müddət Bernardo Silvanı heyətinə qatmağa çalışsa da, “Mançester Siti” portuqaliyalı futbolçunun Parisə keçidinə razılıq verməyib.

Bundan başqa, komandalar Rayan Çerki və Əyyub Buaddi uğrunda da mübarizə aparıblar. Hər iki futbolçu ilə bağlı rəqabətdə Mançester təmsilçisi üstün olub.

İdman.Biz