“Bavariya”nın ulduzu karyerasında ilk dəfə qırmızı vərəqə aldı

14 Oktyabr 2026 18:41
98
“Bavariya”nın ulduzu karyerasında ilk dəfə qırmızı vərəqə aldı

“Bavariya”nın futbolçusu Maykl Olise peşəkar karyerasında ilk dəfə qırmızı vərəqə alıb.

İdman.Biz “WhoScored” portalına istinadən xəbər verir ki, fransalı futbolçu bunadək “Redinq”, “Kristal Pelas”, “Bavariya” və Fransa millisinin heyətində keçirdiyi oyunlarda qırmızı vərəqə almamışdı.

Hadisə Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Norveçin “Vikinq” klubu ilə keçirilən görüşdə baş verib.

Oktyabrın 13-də baş tutan və 3:3 hesabı ilə yekunlaşan qarşılaşmanın 74-cü dəqiqəsində Olise rəqib komandanın kapitanı Zlatko Tripiçin üzünə top atdığı üçün meydandan qovulub. Oyunun baş hakimi Georgi Kabakov olub.

Qeyd edək ki, Çempionlar Liqasının üçüncü turunda “Bavariya” oktyabrın 21-də “Arsenal”la, “Vikinq” isə həmin gün “Aston Villa” ilə qarşılaşacaq.

İdman.Biz