“Mançester Yunayted” və “Tottenhem” xorvatiyalı hücumçu uğrunda mübarizəyə qoşulur

13 Oktyabr 2026 19:26
87
“Mançester Yunayted” və “Tottenhem” xorvatiyalı hücumçu uğrunda mübarizəyə qoşulur

“Mançester Yunayted” və “Tottenhem” Xorvatiya millisinin və Zaqreb “Dinamo”sunun hücumçusu Dion Belyo ilə maraqlanır.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, İngiltərə klubları 24 yaşlı forvardı qarşıdakı qış transfer pəncərəsində heyətlərinə qatmağa cəhd edə bilərlər.

Məlumata görə, hazırda hər iki klub futbolçunun potensialını qiymətləndirir və onun haqqında məlumat toplamağa davam edir. “Mançester Yunayted”də hesab edirlər ki, xorvatiyalı hücumçu Benyamin Şeşko və Mateus Kunya ilə rəqabət apara bilər.

Belyo cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib.

Futbolçunun Zaqreb “Dinamo”su ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 15 milyon avro (30 milyon manat) qiymətləndirir.

İdman.Biz