“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Madrid “Real”ına qarşı keçiriləcək oyun ərəfəsində rəqib komandanın çalışdırıcısı Joze Mourinyo haqqında fikirlərini bölüşüb.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Mourinyonun Roma azarkeşləri tərəfindən alqışlanmağa layiq olduğunu bildirib.
“Azarkeşlərin Mourinyonu alqışlaması tamamilə doğrudur. Ona böyük rəğbət bəslənilirdi və göstəriləcək bütün hörmətə layiqdir. Söhbət futbol tarixinin ən uğurlu məşqçilərindən birindən gedir. Bununla belə, əminəm ki, oyun başlayan kimi hamı yalnız “Roma”nı dəstəkləmək barədə düşünəcək.
Söhbət iki fərqli komandadan gedir. Joze yeni sahibin rəhbərliyi altında formalaşan komandaya başçılıq edirdi və həmin vaxt böyük ruh yüksəkliyi hökm sürürdü. Mənim komandam isə hazırda inkişaf edir və böyük dözümlülük nümayiş etdirir. Biz Çempionlar Liqasına vəsiqə qazanmışıq, amma bəzən bunu unudurlar. Titullar vacibdir, lakin bu turnir davamlı inkişaf üçün maliyyə imkanları yaradır.
Mourinyodan bir məşqçi kimi hansı xüsusiyyəti götürmək istərdim? Klub sahiblərini inanılmaz futbolçular almağa razı salmaq üçün istifadə etdiyi empatiya bacarığını”, – deyə Qasperini gülərək bildirib.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin mayından 2024-cü ilin yanvarına qədər “Roma”nı çalışdırıb.
“Roma” - “Real” qarşılaşması oktyabrın 14-də Romanın “Olimpiko” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
