“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubunda oyun tərzinin necə dəyişdiyindən və Çempionlar Liqasını qazanmaq arzusundan danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu UEFA-nın rəsmi saytına müsahibəsində komandada qazandığı sərbəstliyin ona qol vurmaqla yanaşı, oyunun digər tərəflərində də daha fəal iştirak etmək imkanı verdiyini bildirib:
“Topla daha çox təmasda olanda oyuna daha böyük təsir göstərə bildiyimi hiss edirəm”.
“Bavariya”nın heyətində 155 matçda 152 qol vuran Keyn 2025/2026 mövsümünü titullarla başa vursa da, Çempionlar Liqasında qələbəni əsas hədəfi hesab edir.
İngiltərə millisinin kapitanı Vensan Kompaninin rəhbərliyi altında komandanın 2026/2027 mövsümündə bu məqsədə çatmaq şansını yüksək qiymətləndirib. O, nikbinliyini formalaşmış heyət və yeni transferlərlə əlaqələndirib.
