“Sabah” “Slaviya” ilə oyun öncəsi Bakı Olimpiya Stadionunda məşqə çıxıb - FOTO/VİDEO

12 Oktyabr 2026 18:57
122
“Sabah” “Slaviya” ilə oyun öncəsi Bakı Olimpiya Stadionunda məşqə çıxıb

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” klubu ilə keçirəcəyi qarşılaşma öncəsi məşqə çıxıb.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komandanın hazırlığı Bakı Olimpiya Stadionunda baş tutub.

İlk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqdə futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, “Sabah” – “Slaviya” görüşü oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Foto: İslam Atakişiyev

İdman.Biz