İki aydır qələbə qazanmayan “Osasuna” keçmiş baş məşqçisini geri qaytardı

12 Oktyabr 2026 18:29
102
İki aydır qələbə qazanmayan “Osasuna” keçmiş baş məşqçisini geri qaytardı

“Osasuna” uğursuz nəticələrdən sonra baş məşqçi dəyişikliyinə əl atıb.

İdman.Biz xəbər verir ki, klub oktyabrın 12-də Luis Migel Ramisin vəzifəsindən azad olunduğunu və Xaqoba Arrasatenin komandaya qayıtdığını açıqlayıb. Mütəxəssislə 2029-cu ilin iyununa qədər müqavilə bağlanıb.

Qərar oktyabrın 11-də “Betis”ə 2:5 hesablı məğlubiyyətdən sonra qəbul edilib. Avqustdan bəri qələbə qazanmayan Pamplona təmsilçisi son beş görüşdə dörd dəfə uduzub, bir dəfə heç-heçə edib və La Liqanın turnir cədvəlində 16-cı pilləyə geriləyib.

Arrasate “Osasuna”nın baş məşqçisi kimi keçirdiyi oyunların sayına görə klub tarixində ikinci yerdədir. O, komandaya 256 matçda rəhbərlik edib. Pamplona təmsilçisi onun başçılığı altında beş mövsüm yüksək divizionda çıxış edib.

İdman.Biz