“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, sabiq yarımmüdafiəçi bu pozuntuların illər ərzində digər komandaları və onların azarkeşlərini yaşaya biləcəkləri unudulmaz anlardan məhrum etmiş ola biləcəyini vurğulayıb.
“Mançester Siti”nin futbolçuları ilə şəxsi problemim yoxdur. Onların hamısı möhtəşəm oyunçulardır. Həmin anları yaşayıblar və buna layiqdirlər. Burada oturub onların qazandığı Premyer Liqa medalını qəbul edəcəyimi və ya o medallardan birini istədiyimi söyləyən biri deyiləm.
Premyer Liqanı qazana bilmədiyimlə barışmışam. Qələbələr baxımından karyeramın bu hissəsində çatışmazlıq olduğunu qəbul etmişəm. Həmin mövsümün sonlarında başıma gələn hadisə ilə də barışmışam.
“Siti”nin bir çox futbolçusunun, azarkeşinin və məşhur tərəfdarının həmin anların onlardan alına bilməyəcəyini söylədiyini eşitmişəm. Bəs təkcə mənim və oynadığım komandanın deyil, doqquz-on il ərzində başqalarının da əlindən almış ola biləcəkləri xatirələr necə olsun?
Söhbət “Tottenhem”, “Mançester Yunayted”, “Everton” azarkeşlərindən, turnir cədvəlinin aşağı pillələrindəki komandalardan və kuboklarda çıxış edən klublardan da gedir. “Siti”nin keçmiş və indiki futbolçuları, sahibləri və klubla əlaqəsi olan hər kəs başqalarından almış ola biləcəkləri xatirələr barədə düşünməlidir”, – deyə Cerrard bildirib.
Qeyd edək ki, “Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı təqsirli bilindiyi qərardan apellyasiya şikayəti verib.
