Rafinya “Barselona” ilə yeni müqavilə imzaladı

6 Oktyabr 2026 12:03
94
Rafinya “Barselona” ilə yeni müqavilə imzaladı

“Barselona”nın braziliyalı futbolçusu Rafinya Dias Kataloniya klubu ilə yeni müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında bütün məsələlər razılaşdırılıb. Rafinya Diasın nümayəndələri və hüquqşünasları ilə danışıqlar yekunlaşıb və yeni müqavilə rəsmiləşdirilərək imzalanıb.

Yeni anlaşmaya əsasən, 29 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.

Romano bildirib ki, klubun rəsmi açıqlaması və müqavilənin təqdimat mərasimi bu həftə keçirilə bilər. Sənədləşmə prosesi plan üzrə başa çatarsa, tədbirin cümə günü təşkili gözlənilir.

Rafinya Dias 2022-ci ilin yayında İngiltərənin “Lids” klubundan “Barselona”ya keçib. O, Kataloniya təmsilçisinin əsas oyunçularından birinə çevrilib və komandanın aparıcı futbolçularından hesab olunur.

Qeyd edək ki, “Barselona”nın idman direktoru Deku sentyabr ayında Rafinya Diasın müqaviləsinin 2030-cu ilədək uzadılacağı barədə məlumat verib. Klub həmin vaxt braziliyalı hücumçunun sözləşməsinin yenilənməsi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

İdman.Biz
Məqalədə: