Futbol üzrə U-21 millimiz bu gün Bakıda Cəbəllütariqlə qarşılaşacaq

6 Oktyabr 2026 10:13
66
Futbol üzrə U-21 millimiz bu gün Bakıda Cəbəllütariqlə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv B qrupunun matçında Cəbəllütariq yığmasını qəbul edəcək.

“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:45-də başlayacaq. Görüşü Lüksemburqdan olan baş hakim Yasmin Sabotiç idarə edəcək.

Qeyd edək ki, Azərbaycan U-21 millisi qrupda altı komanda arasında yeddi xalla beşinci pillədə qərarlaşıb.

İdman.Biz