Braziliyalı qapıçı “Liverpul”dan ayrılmağa hazırlaşır

6 Oktyabr 2026 12:48
138
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmağa hazırlaşır

Braziliyalı qapıçı Alisson Beker böyük ehtimalla “Liverpul”da “Enfild”dəki son mövsümünü keçirir.

İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, klub rəhbərliyi futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmır. Hazırkı sözləşmənin müddəti isə gələn yay başa çatır.

Qeyd olunur ki, Alissonun mövcud müqaviləsində əməkdaşlığın davam etdirilməsinə imkan verən hər hansı bənd yoxdur. Bu səbəbdən “Liverpul” fikrini dəyişərək futbolçunu komandada saxlamaq istəsə, yeni müqavilə imzalanmalıdır.

Mənbə vurğulayıb ki, daha əvvəl “Yuventus” Alissona maraq göstərib. Turin klubunun qapıçı uğrunda mübarizəyə yenidən qoşulması mümkündür.

34 yaşlı braziliyalı bu mövsüm bütün turnirlərdə 6 matçda iştirak edib. O, həmin görüşlərdə 5 qol buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.

İdman.Biz
Məqalədə: