“Monako”nun furbolçusu Folarin Baloqun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalını istisna etməyib.
İdman.Biz “TALK Sport"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə müsahibəsində danışıb.
İngiltərə çempionatına mümkün qayıdışı ilə bağlı suala Baloqun “Bəli, bu mümkündür” cavabını verib.
Hücumçu ötən yay “Monako”dan “Everton”a keçməyə yaxın olub. Transferin təxminən 46 milyon avroya (92 milyon manat) başa gələcəyi bildirilsə də, tibbi müayinə zamanı yaranan problemlər səbəbindən keçid baş tutmayıb.
Baloqun “Monako”nun Fransa çempionatındakı uğurlu startından da danışıb. Komanda hələ məğlub olmayıb və Liqa 1-in turnir cədvəlinə başçılıq edir. Bununla belə, hücumçu mövsümün erkən mərhələsində liderliyə həddindən artıq əhəmiyyət verməməyə çağırıb.
