“Yuventus” sabiq qapıçısını heyətinə qatdı

28 Sentyabr 2026 18:55
88
“Yuventus” sabiq qapıçısını heyətinə qatdı

“Yuventus” futbol klubu “Barselona” və “Arsenal”ın sabiq qapıçısı Norberto Murara Netonu komandanın heyətinə qatdığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, 37 yaşlı qolkiperlə müqavilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Neto 2015-2017-ci illərdə “Yuventus”da çıxış edib. O, iki mövsüm ərzində 22 matç keçirib və iki dəfə A Seriyasının, iki dəfə İtaliya Kubokunun, bir dəfə isə İtaliya Superkubokunun qalibi olub.

Qolkiperin son klubu yayda azad agent kimi ayrıldığı Braziliyanın “Botafoqo” komandası olub.

Qeyd edək ki, “Yuventus” yay transfer pəncərəsində Almaniyanın “Volfsburq” klubundan qapıçı Kamil Qrabaranı icarəyə götürüb. Polşalı futbolçu Turin təmsilçisinin heyətində bir oyun keçirdikdən sonra dizinin çarpaz bağlarının qırılması səbəbindən uzun müddətə sıradan çıxıb.

İdman.Biz