Qakpo Niderland millisinin düşərgəsini tərk etdi

28 Sentyabr 2026 18:41
65
Qakpo Niderland millisinin düşərgəsini tərk etdi

Niderland millisinin futbolçusu Kodi Qakpo zədə səbəbindən milli komandanın düşərgəsini tərk edib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Millətlər Liqasının sentyabrın 27-də keçirilən Serbiya ilə oyunundan (2:1) əvvəl xəsarət alıb. O, matçın 17-ci dəqiqəsində əvəzlənib.

Niderland millisinin mətbuat xidmətinin məlumatına görə, Qakpo bu beynəlxalq fasilədə komandanın qalan oyunlarında iştirak edə bilməyəcək. Vinger yaxın vaxtlarda “Liverpul”un düşərgəsinə qayıdacaq.

“Özündən muğayat ol, Kodi!” – Niderland millisinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Oktyabrın 1-də Niderland səfərdə Yunanıstanla, oktyabrın 4-də isə öz meydanında Serbiya ilə qarşılaşacaq.

İdman.Biz