Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının ikinci turunda Belçikaya qarşı keçiriləcək oyun öncəsi komandasının futbolçusu Rayan Şerki barədə danışıb.
İdman.Biz xəbər verir ki, Zidan fransalı futbolçu ilə eyni komandada oynamaq istəyəcəyini bildirib.
“Bəli, Şerki ilə eyni komandada məmnuniyyətlə oynayardım. Rayan əsl futbolçudur. Söhbət təkcə onun texnikasından getmir. Onun topsuz oyunu da məni maraqlandırır. Rayan müdafiə xətləri arasında top qəbul etməyi bacarır, inanılmaz ötürmələr edir. Şerki şaquli oynayanda bu, dərhal fayda verə bilər”, – deyə Zidan vurğulayıb.
Qeyd edək ki, Belçika – Fransa oyunu bu gün Brüsseldəki “Roi Boduen” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
