20 yaşlı ispan Avropanın maraq dairəsində

Xəbərlər
27 Yanvar 2024 23:49
190
20 yaşlı ispan Avropanın maraq dairəsində

“Valensiya”nın 20 yaşlı yarımmüdafiəçisi Xavi Gerroy İtaliya nəhənglərinin maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, “Milan” və “Yuventus” gənc futbolçu transfer siyahısına daxil edib.

“Yarasalar” Gerroyu mövsümün ortasında satmağa ciddi yanaşmırlar. İspan klubu yarımmüdafiəçinin yayda 35 milyon avroya satmağı planlaşdırır. Xavi ilə İngiltərinin “Mançester Yunayted” və “Nyukasl” klubları, eləcə də PSJ (Fransa) maraqlanır. Futbolçu özü isə karyerasını İspaniyada davam etdirməyi düşünür.

Qeyd edək ki, Gerroy “Valensiya”nın heyətində 23 oyunda 4 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz