Ərəb şeyxi Zidanı “Marsel”də görmək istəyir

27 Yanvar 2024 01:21
868
Ərəb şeyxi Zidanı “Marsel”də görmək istəyir

Zinədin Zidan “Marsel”in baş məşqçisi təyin oluna bilər.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yer alıb.

Bi neçə gün əvvəl Zidan Əlcəzair yığmasına başçılıq etməkdən imtina edib. Onun “Marsel”dən təklif gözlədiyi bildirilib. Səudiyyə Ərəbistanı krallığının ailə üzvü Abdulla Saad Abduləziz Əl Saud Fransa klubu alacağı xəbərləri yayılıb. O, Zidanın komandaya rəhbərlik etməsi ilə bağlı suala “hər şey mümkündür” deməsi bu variantın yaxın zamanda reallaşacağına zəmin yaradıb.

Qeyd edək ki, 2021-ci ildə “Real”dan ayrılan fransalı mütəxəssis hələ də heç bir təklifi qəbul etməyib.

İdman.biz

Məqalədə: