Almaniya Bundesliqasının dördüncü turun açılış oyununda “Bavariya” doğma meydanda “Union”u darmadağın edib.
İdman.Biz xəbər verir ki, Münhendə keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 18-ci dəqiqədə “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala açıb. 39-cu dəqiqədə hücumçu Harri Keyn penaltini dəqiq yerinə yetirərək üstünlüyü iki qola çatdırıb. Bu qol Keynin Bundesliqadakı 100-cü qolu olub və o, turnir tarixində bu həddə ən tez – cəmi 98 matçda çatıb.
Cəmi dörd dəqiqə sonra, 43-cü dəqiqədə yarımmüdafiəçi Maykl Olise hesabı 3:0-a çatdırıb. İkinci hissənin əvvəlində – 54-cü dəqiqədə Harri Keyn özünün ikinci, komandasının isə dördüncü qoluna imza ataraq dubl edib.
Görüşün sonlarında “Bavariya” hücumdakı təzyiqini davam etdirib. 70-ci dəqiqədə İsmayıl Saybari fərqlənib. Bundan üç dəqiqə sonra – 73-cü və 76-cı dəqiqələrdə ardıcıl iki qol vuran Maykl Olise het-trikə imza ataraq matçın yekun hesabını müəyyənləşdirib – 7:0.
Bu qələbədən sonra xallarını 10-a yüksəldən “Bavariya” turnir cədvəlində birinci pilləyə yüksəlib. Bir xalı olan “Union” isə 16-cı yerdə qərarlaşıb.
Növbəti turda “Bavariya” oktyabrın 10-da səfərdə “Auqsburq”un qonağı olacaq, “Union” isə həmin gün evdə “Elfersberq”lə qarşılaşacaq.
