“Barselona”nın futbolçusu Rafinyaya dörd klubdan yüksək maaş təklifi gəlib.
İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu maraqlanır.
Bu klubların hamısı Rafinyaya Kataloniya klubunda qazandığından xeyli yüksək maaş təklif etməyə hazırdır. Hazırda 29 yaşlı futbolçunun vergilər ödənilməmiş illik gəliri təxminən 16 milyon avro təşkil edir.
Bununla belə, Rafinya “Barselona”dakı vəziyyətindən razıdır və klubdan ayrılmaqda israr etmir. O, komandadakı statusunu nəzərə alaraq maliyyə şərtlərinin yaxşılaşdırılmasını gözləyir.
“Barselona” isə öz növbəsində Rafinya ilə müqavilənin uzadılması üzərində çalışır və futbolçunun maaşını artırmağa hazırdır.
