“Lans” Fransa Superkubokunun qalibi olan baş məşqçi ilə yollarını ayırıb

15 Sentyabr 2026 23:03
80
“Lans” Fransa Superkubokunun qalibi olan baş məşqçi ilə yollarını ayırıb

Fransanın “Lans” futbol klubu baş məşqçi Dino Topmöllerlə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis vəzifəyə təyin olunmasından cəmi 2,5 ay sonra komandadan ayrılıb.

Klubun yaydığı rəsmi açıqlamada deyilir:

“Məşqçilər korpusunun işi və təşkili ilə bağlı keçirilən çoxsaylı görüşlərin yekununda klub baş məşqçiyə onun yenidənqurulmasını həyata keçirmək niyyətində olduğunu bildirdi. Bu struktur dəyişiklikləri Dino tərəfindən dəstəklənmədiyindən, klub rəhbərliyi onunla və iki köməkçisi ilə müqaviləyə vaxtından əvvəl xitam vermək barədə məsuliyyətli qərar qəbul etdi. “Lans” Dinoya göstərdiyi dürüstlük və peşəkarlığa görə səmimi təşəkkürünü bildirir. Xüsusilə qeyd edirik ki, mütəxəssis klubun xeyrinə müqavilə üzrə ödənişlərin əhəmiyyətli bir hissəsindən imtina etməyə razılaşıb.”

“Lans”ın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Yannik Kazuzak icra edəcək. O, komandanı Liqa 1-in beşinci turunda “Monako”ya qarşı keçiriləcək matçda meydana çıxaracaq.

Xatırladaq ki, Dino Topmellerin baş məşqçiliyi altında “Lans” PSJ-ni 1:0 hesabı ilə məğlub edərək klub tarixində ilk Fransa Superkubokunu qazanıb.

İdman.Biz