Messi 17-ci dəfə “Qızıl top”a namizəd göstərilib

8 Sentyabr 2026 19:24
81
Messi 17-ci dəfə “Qızıl top”a namizəd göstərilib

“İnter Mayami”nin hücumçusu Lionel Messi 17-ci dəfə “Qızıl top” mükafatına namizədlər sırasına daxil olub.

İdman.Biz xəbər verir ki, Messi “Qızıl top”a namizəd göstərilmə sayına görə yalnız “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldudan (18) geri qalır.

Ötən mövsüm ərzində Messi MLS-in qalibi olub və liqanın ən yaxşı oyunçusu seçilib. Argentina millisinin heyətində isə futbolçu 2026-cı il Dünya Çempionatının finalına qədər irəliləyib.

Argentinalı hücumçu karyerası ərzində səkkiz dəfə (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023) “Qızıl top”u qazanıb. O, əvvəllər “Barselona” və “Paris Sen-Jermen” klublarının heyətində çıxış edərək bir sıra nüfuzlu kuboklara sahib çıxıb.

İdman.Biz