“Qızıl top”un ən yaxşı gənc oyunçusu mükafatına 10 namizəd

8 Sentyabr 2026 18:25
95
“Qızıl top”un ən yaxşı gənc oyunçusu mükafatına 10 namizəd

“France Football” jurnalı 2026-cı ilin ən yaxşı gənc oyunçusu mükafatına namizəd olan 10 futbolçunun adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, siyahıda Lamin Yamal (“Barselona”), Pau Kubarsi (“Barselona”), Uorren Zair-Emeri (“PSJ”), Lennart Karl (“Bavariya”), İbrahim Maza (“Bayer”), Eyyub Buaddi (“Lill”/“Mançester Siti”), Yan Diomande (“RB Leyptsiq”/“Real” Madrid), Kerim-Səm Alaybeqoviç (“Red Bull” Zalsburq/“Yuventus”), Eli Krupi (“Bornmut”) və Yohan Manzambi (“Frayburq”/“Aston Villa”) yer alıb.

Mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” (“Ballon d’Or”) mərasimində açıqlanacaq.

Xatırladaq ki, ötən il bu mükafata “PSJ”nin futbolçusu Dezire Due layiq görülüb.

İdman.Biz