Mak Allister “Liverpul”dan narazıdır: “Bu, məni çox kədərləndirdi”

8 Sentyabr 2026 18:39
86
Mak Allister “Liverpul”dan narazıdır: “Bu, məni çox kədərləndirdi”

“Liverpul”un futbolçusu Aleksis Mak Allister klubun ona yeni müqavilə təklif etməməsindən məyus olduğunu açıqlayıb və yayda komandadan ayrılmaq üçün variantlarının olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı argentinalının hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Mak Allister Dominik Soboslai və Rayan Qravenberxin bu il müqavilələrini yeniləməsinə baxmayaraq, özü ilə bağlı belə bir addım atılmamasının onu kədərləndirdiyini deyib.

“Klubun mənə yeni müqavilə təklif etmək imkanında olmadığı xəbərini aldım. Bu, məni çox kədərləndirdi. Amma azarkeşlər narahat olmasınlar. Burada olduğum son günə qədər 100 faizimi verəcəyəm”, - deyə o bildirib.

2022-ci ildə Argentina ilə dünya çempionu olan futbolçu yayda ayrılmaq üçün seçimlərinin olduğunu, lakin hazırda “Liverpul”da qalmaq istədiyini vurğulayıb.

Mak Allister ötən mövsüm komandanın heyətində 55 oyuna çıxıb.

“Liverpul”un baş məşqçisi Andoni İraola da onun vacib oyunçu olduğunu və müqavilə məsələsinin həlli üçün kifayət qədər vaxtın qaldığını söyləyib.

İdman.Biz