Lamin Yamal “Real”la bağlı təxribatçı sualdan yayındı

8 Sentyabr 2026 18:03
88
Lamin Yamal “Real”la bağlı təxribatçı sualdan yayındı

İspaniyanın “Barselona” futbol komandasının futbolçusu Lamin Yamal “Real”ın hakimliklə bağlı narazılığına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Feyenoord”la oyun öncəsi keçirilən mətbuat konfransında Madrid klubunun son açıqlamaları barədə jurnalistlərin suallarına cavab verib.

“Bilmirəm, əgər bu illər ərzində qazana bilməyiblərsə, bu, onların problemidir. Özlərindən soruşun”, - Yamal deyib.

“Barselona”nın hücumçusu hakimlərin işi barədə isə qısa danışıb:

“Biz hakimlikdən razıyıq”.

Xatırladaq ki, Yamal həm də mətbuat konfranslarında və kənarda “Real”la bağlı suallara verdiyi cavablarla məşhurdur. Onun hər cavabı böyük qalmaqallara səbəb olur. Amma görünür belə cavabların verilməməsi üçün ona tapşırıq verilib.

İdman.Biz