Messinin milli komandadan gedişi karikaturaya çevrildi - FOTO

8 Sentyabr 2026 16:07
61
Messinin milli komandadan gedişi karikaturaya çevrildi - FOTO

Məşhur karikaturaçı David Squires Lionel Messinin Argentina millisində karyerasını başa vurmasına həsr olunmuş yeni işini təqdim edib.

İdman.Biz “The Guardian” nəşrinə istinadən xəbər verir ki, müəllif karikaturada 39 yaşlı futbolçunun milli komandadan ayrıldıqdan sonra vaxtını necə keçirə biləcəyini yumoristik formada təsəvvür edib.

Squires əsəri “Lionel Messi Argentina millisindən ayrıldıqdan sonra əsl həvəsindən zövq alır” mövzusu üzərində qurub. Karikatura bir neçə epizoddan ibarətdir və argentinalı futbolçunu müxtəlif komik situasiyalarda göstərir.

Xatırladaq ki, Messi avqustun 31-də Argentina millisində karyerasını başa vurduğunu rəsmən açıqlayıb. O, yığmada 2005-ci ildən çıxış edib, 207 oyun keçirib və 125 qol vurub. Argentinalı futbolçu milli komanda ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.

Messinin yığmadakı son böyük turniri 2026-cı il dünya çempionatı olub. Argentina finalda İspaniyaya məğlub olduqdan bir neçə həftə sonra futbolçu milli komandadan ayrıldığını açıqlayıb.

Messi klub karyerasını isə davam etdirir. O, hazırda “İnter Mayami”nin formasını geyinir.

İdman.Biz