Hansi-Diter Flik: “Mən də məhz bunu görmək istəyirəm”

7 Sentyabr 2026 01:31
39
Hansi-Diter Flik: “Mən də məhz bunu görmək istəyirəm”

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi-Diter Flik La Liqanın dördüncü turunda “Valensiya” üzərində 5:0 hesablı qalibiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis komandasının oyuna əvvəldən nəzarət etdiyini bildirib.

“Matç inanılmaz keçdi. İlk dəqiqələrdən təşəbbüs bizdə idi və hər şey nəzarətimiz altında oldu. Mən də məhz bunu görmək istəyirəm. Mənim üçün ən vacib olan üç xaldır, amma yüksək səviyyəli komandaya sahib olmağımız da sevindiricidir”, - Flik deyib.

O, komandasının aşağı müdafiə blokuna qarşı da effektiv oynaya bildiyini vurğulayıb:

“Hətta hesab 5:0 olanda da hücum etməyə davam edirdik. İstəyirəm ki, oyunların gedişinə daha yaxşı nəzarət edək. İndi isə gücümüzü bərpa etməliyik. Biz həmişə daha yaxşı ola bilərik, heç nə ideal deyil”.

İdman.Biz