Lempard: “Əsas nəticələri “Hall Siti” kimi komandalarla oyunlarda qazanmalıyıq”

6 Sentyabr 2026 06:43
31
Lempard: “Əsas nəticələri “Hall Siti” kimi komandalarla oyunlarda qazanmalıyıq”

“Koventri Siti”nin baş məşqçisi Frank Lempard komandasının Premyer Liqanın üçüncü turunda “Mançester Siti”yə 0:1 hesablı məğlubiyyətini dəyərləndirib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, Lempard komandasının məğlubiyyətə layiq olmadığını bildirib.

“Düşünürəm ki, biz məğlubiyyətə layiq deyildik. Oyunun gedişində daha yaxşı oynadıq. Rəqib təhlükəli epizodlar yaradırdı, lakin bizim futbolçular da özlərini əla tərəfdən göstərdilər. Xal qazana bilmədiyimiz üçün məyusam, çünki buna layiq idik.

Biz ən çətin iki rəqiblə oyun keçirdik. Belə vəziyyətdə edə biləcəyiniz yeganə şey öz oyununuzu idarə etməkdir. Futbolçular getdikcə daha yüksək səviyyəli oyun nümayiş etdirirdilər. İkinci yarıda müəyyən epizodlarda göstərdiyimiz pressinq iki həftə əvvəl “Arsenal”la matçdakı pressinqdən qat-qat yaxşı idi”.

Baş məşqçi mövsümün gələcək gedişatı haqda belə deyib:

“Bu oyunda komandamız nizam-intizamlı olduğunu göstərdi. İtan Pinnok da özünü yaxşı tərəfdən göstərdi. Çox təhlükəli epizodlarımız olmasa da, komandadan razıyam. Azarkeşlər də bizə dəstək oldular.

Bu üç oyundan çox şey götürməliyik. Mövsümümüz böyük ölçüdə “Hall Siti” kimi komandalarla oyunlarla müəyyən olunacaq. Həmin matç elə də yaxşı alınmadı, lakin qarşıda hələ çox oyun var”.

İdman.Biz