Azərbaycanlı futbolçu “Qalatasaray”a keçdi

4 Sentyabr 2026 12:51
98
Azərbaycanlı futbolçu “Qalatasaray”a keçdi

17 yaşlı azərbaycanlı müdafiəçi Can Hacıyev karyerasını Türkiyədə davam etdirəcək.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, gənc futbolçu “Qalatasaray”la ikiillik müqaviləyə imza atıb və bu müddətdə klubun U-19 komandasında forma geyinəcək.

İstanbul təmsilçisinin gənclərdən ibarət komandası UEFA Gənclər Liqasında da mübarizə aparacaq.

Boyu 1,87 metr olan Hacıyev müdafiənin həm sağ cinahında, həm də mərkəzində çıxış edə bilir.

Futbolçu ötən mövsüm İsveçrənin “Sion” klubunun gənclər komandasında oynayıb.

Can Hacıyevin yığma səviyyəsində də diqqət mərkəzində olduğu bildirilir. Türkiyə və Qazaxıstan futbol federasiyalarının onu öz milli komandalarına cəlb etməkdə maraqlı olduğu qeyd olunur.

İdman.Biz