Maktominey “Napoli”dən yeddi milyon istəyir

4 Sentyabr 2026 13:01
99
Maktominey “Napoli”dən yeddi milyon istəyir

İtaliyanın “Napoli” futbol klubu Skott Maktominey ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

İdman.Biz xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi komandada qalmaq istəyir, lakin yeni anlaşma üçün tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməlidirlər.

Maktomineyin hazırkı illik qazancının təxminən 4,5 milyon avro (8.9 milyon AZN) olduğu bildirilir. Futbolçunun 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə üçün maaşının yeddi milyon avroya (13.9 milyon AZN) çatdırılmasını istədiyi qeyd olunur.

“Napoli” 2024-cü ilin yayında Maktomineyi “Mançester Yunayted”dən 30 milyon avroya (59.4 milyon AZN) transfer edib. Şotlandiyalı futbolçu ilk mövsümündə 12 qol vurub, A Seriyasının ən dəyərli oyunçusu seçilib və komandanın çempionluğunda mühüm rol oynayıb.

Maktominey müqavilə məsələsi ilə bağlı son açıqlamasında hazırda əsas diqqətini meydandakı çıxışına yönəltdiyini deyib. O, müqaviləni nə vaxt uzadacağını hələ bilmədiyini söyləyib.

İdman.Biz