Azərbaycanda “İrəvan” və “İmişli” klublarında çıxış etmiş belaruslu qapıçı Andrey Sinenko ölkə futbolunun səviyyəsini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, hazırda Belarusun “Dnepr” klubunda çıxış edən qolkiper Azərbaycan Premyer Liqasının Belarus çempionatından daha güclü olduğunu bildirib.
Sinenko Azərbaycanda həm aşağı divizionda, həm də Premyer Liqada çıxış etdiyini xatırladıb:
“Azərbaycan Premyer Liqası tamamilə başqa səviyyədir. Maliyyə imkanları, stadionlar və atmosfer fərqlidir. Düşünürəm ki, səviyyələri müqayisə etmək mümkün deyil - Azərbaycan çempionatı hazırda bizimkindən güclüdür. Komandalarda çoxlu legioner var. Klubların Şimiç, Puxaç, Yankoviç, Duran, Mikkels və Enrike kimi futbolçuları dəvət etmək imkanları mövcuddur”.
Belaruslu futbolçu Azərbaycan klubları arasında rəqabətin də yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Qarabağ”ın ötən mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsinə baxmayaraq ölkə çempionu ola bilməməsi bunun göstəricisidir. Sinenko həmçinin “Sabah”ın Çempionlar Liqasının ümumi mərhələsinə yüksəlməsini və bu yolda Danimarka çempionunu 4:0 hesabı ilə məğlub etməsini də qeyd edib.
Qapıçı yayda “Qarabağ”ın onunla maraqlanması ilə bağlı yayılan məlumatların doğru olduğunu da təsdiqləyib:
“Qarabağ”ın marağı həqiqət idi. Amma bu, futboldur, keçid baş tutmadı. Şərait belə gətirdi. Hazırda “Dnepr”dəyəm və komandaya maksimum kömək etməyə çalışıram”.
Sinenko “Dnepr”in heyətində indiyədək üç oyun keçirib və onların ikisində qapısını toxunulmaz saxlayıb.
