Neymar komandasını sərt tənqid etdi

4 Sentyabr 2026 13:41
86
Neymar komandasını sərt tənqid etdi

Braziliyanın “Santos” futbol komandasının hücumçus Neymar Braziliya Kubokunda “Palmeyras”a qarşı keçirilən oyundan sonra öz klubunu sərt tənqid edib.

İdman.Biz xəbər verir ki, 34 yaşlı hücumçu “Vila Belmiro” stadionunun ot örtüyünün vəziyyətindən narazı qalıb. Neymarın sözlərinə görə, qarşılaşmadan bir gün əvvəl meydanda torpaq işlərinin aparılması səbəbindən örtük çuxurlarla dolu olub.

Braziliyalı futbolçu bildirib ki, komanda yalnız rəqibə deyil, meydançaya qarşı da mübarizə aparmalı olub:

“Bu, klubun indiyə qədər sahib olduğu ən pis meydança idi. Biz yalnız rəqibə qarşı deyil, meydançanın özünə qarşı da oynadıq”.

Neymar əlavə edib ki, nahamar örtük futbolçuların sürətlənməsi və dayanması zamanı əlavə güc sərf etməsinə səbəb olub. O, ilk hissədə üç futbolçunun zədələnməsini də bununla əlaqələndirib. Hücumçunun özü də bud nahiyəsində narahatlıq hiss etdiyi üçün fasilədə əvəzlənib və tibbi müayinədən keçəcəyini açıqlayıb.

“Palmeyras” isə Neymarın bu paylaşımına istehzalı cavab verib və öz stadionunun örtüyünün daim yüksək səviyyədə saxlanıldığını vurğulayıb.

“Santos” səfərdə keçirilən ilk oyunda “Palmeyras”a 0:3 hesabı ilə uduzub, cavab görüşü isə 0:0 başa çatıb. Bununla da Neymarın komandası Braziliya Kubokunun 1/4 finalında mübarizəni dayandırıb.

İdman.Biz