Fransanın PSJ futbol klubunun hücumçusu Ferran Torres baş məşqçi Luis Enrikenin onun Paris klubuna transferindəki mühüm rolundan danışıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı ispaniyalı futbolçu Luis Enrikenin ona olan inamından söz açıb:
“Həmişə demişəm ki, Luis Enrike İspaniya millisinin heyətinə qoşulduğum andan mənim üçün ata kimi olub. Məhz o, mənə inandı və PSJ-yə keçidimə kömək etdi. O, həmişə məndə özüməinam yaradıb. Ümid edirəm ki, bu mövsüm onun etimadını doğruldacağam”.
Enrikenin ondan istədikləri barədə danışan futbolçu hücumun hər üç mövqeyində ona oynamağa imkan yaradıldığını deyib:
“Luis Enrike həmişə məndən eyni şeyi istəyir. O, mənə hücumun hər üç mövqeyində oynamağa imkan verib. Bir neçə mövqedə çıxış etmək həm komanda, həm də mənim üçün faydalıdır. Luis Enrikenin etdiyi hər şey məndə özünəinam yaratmaq olub”.
Ferran Torres cari mövsümdə PSJ-nin heyətində iki oyunda meydana çıxıb və iki qol vurub.
