Luis Enrike: “Barkola daha çox oynamaq və komandada daha vacib rol almaq istəyirdi”

3 Sentyabr 2026 18:53
97
Luis Enrike: “Barkola daha çox oynamaq və komandada daha vacib rol almaq istəyirdi”

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu futbolçu Bredli Barkolanın komandadan ayrılması barədə danışıb.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Luis Enrike Barkola PSJ-də keçirdiyi müddətdə ciddi inkişaf etdiyini bildirib.

“O, “Lion”dan transfer olunandan sonra Parisdə çox inkişaf etdi. Bundan əlavə, oyunu ilə komandamızı əhəmiyyətli dərəcədə gücləndirdi.

Onun istəyi meydanda daha vacib rol oynamaq idi. Mən isə bunu ona təmin edə bilməzdim. Sonda düşünürəm ki, bu vəziyyətdən hamı qazandı. Mən bunu qəbul edirəm və ona gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram. Bu heyətlə mövsümə başlamağımızdan çox məmnunuq.

Barkola daha çox oyun vaxtı əldə etmək və komandada daha nəzərəçarpan rol oynamaq istədiyi üçün ayrılmaq istəyirdi. Mən isə bunu heç bir futbolçuya zəmanət verə bilmərəm. Çünki bunu məşqlərdə və oyunlarda qazanmaq lazımdır. O, bizim üçün çox vacib idi və komanda yoldaşlarının da çox sevdiyi futbolçudur.

Bu, hər kəs üçün çətindir. Çünki Bredli inanılmaz insandır. Mən onunla yalnız müsbət şeylər barədə danışmışam. Gələcəkdə komanda üçün çox vacib olan futbolçuların ayrılması adi hal olacaq. Amma həyat belədir və bunu qəbul etmək lazımdır” - deyə Enrike bildirib.

23 yaşlı futbolçu ötən ay PSJ-dən “Liverpul”a keçib. Transferin məbləği 124 milyon avro, bonuslarla birlikdə isə 144 milyon avro təşkil edib.

İdman.Biz