"Barselona"nın sabiq ulduzu yeni klubunda gündəm oldu: 85 dəfə bir sözu təkrar edib - VİDEO

3 Sentyabr 2026 20:19
95
"Barselona"nın sabiq ulduzu yeni klubunda gündəm oldu: 85 dəfə bir sözu təkrar edib

“Deportivo” futbol klubunun yeni transferi Adama Traorenin təqdimatında ilginc anlar yaşanıb.

İdman.Biz xəbər verir ki, avqustun sonunda La-Korunya təmsilçisinə azad agent kimi keçən 30 yaşlı vinger təqdimat mərasimində çıxışı ilə diqqət çəkib. O, 1 dəqiqə 51 saniyə ərzində “qısası” sözünü 85 dəfə təkrarlayıb.

Adama Traore çıxışı zamanı “Deportivo”ya keçidində klubun layihəsinin və Pyer-Emerik Obameyanqın tövsiyələrinin mühüm rol oynadığını bildirib.

Bununla yanaşı, “Barselona”nın keçmiş futbolçusunun nəzərəçarpacaq dərəcədə dəyişən saç düzümü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

İdman.Biz