Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İspaniyanın “Real Madrid” futbol klubuna baş çəkib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis Valdebebasa bazasına gedərək “Real”ın baş məşqçisi Joze Mourinyo və futbolçularla məşqdən əvvəl görüşüb.
Madrid təmsilçisi İspaniya La Liqasının dördüncü turunda “Betis”lə keçirəcəyi oyuna hazırlaşır. Sentyabrın 4-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
