Argentina millisinin psixoloqu Alvaresin uşaqlıq arzusundan danışıb

30 Avqust 2026 22:05
81
Argentina millisinin psixoloqu Alvaresin uşaqlıq arzusundan danışıb

Argentina millisinin psixoloqu Xuan Brindisi Xulian Alvaresin “Barselona”ya keçmək istəyi barədə açıqlama verib.

İdman.Biz xəbər verir ki, Brindisinin sözlərinə görə, futbolçunun başqa kluba keçmək istəməsi ona qarşı cəza səbəbi olmamalıdır.

“Düşünürəm ki, insanlar bunu anlamalıdırlar: futbolçu ayrılmaq istəyirsə, sadəcə başqa kluba qoşulmaq istədiyi üçün onu cəzalandırmaq olmaz.

Xulian Alvaresin “Barselona”ya keçmək istəyi qəfil verilmiş qərar deyil. Bu, onun uşaqlıqdan arzuladığı bir şeydir”, - deyə Brindisi bildirib.

İdman.Biz