Bundesliqa: “Auqsburq” və “Frayburq” qələbə qazandı - YENİLƏNİB

30 Avqust 2026 21:47
511
Bundesliqa: “Auqsburq” və “Frayburq” qələbə qazandı - YENİLƏNİB

Almaniya Bundesliqasında “Auqsburq” doğma meydanda “Şalke 04”ü böyük hesabla üstələyib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Auqsburq” 18-ci dəqiqədə Mixael Qreqoriçin qolu ilə hesabda önə keçib. Komanda uzun müddət minimal üstünlüyünü qoruyub.

62-ci dəqiqədə “Şalke 04” azlıqda qalıb. Ron Şallenberq qırmızı vərəqə alaraq meydandan qovulub.

Say üstünlüyü qazanan “Auqsburq” 79-cu dəqiqədə Anton Kadenin qolu ilə fərqi iki topa çatdırıb. Kompensasiya dəqiqələrində isə Rodriqu Ribeyru yekun hesabı müəyyənləşdirib – 3:0.

19:44

“Frayburq” futbol komandası Almaniya Bundesliqasının yeni mövsümünə böyükhesablı qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, komanda birinci turda doğma meydanda “Verder”i 4:1 hesabı ilə məğlub edib.

Matçın əsas qəhrəmanı Yuito Suzuki olub. O, 29-cu dəqiqədə hesabı açıb, fasilədən dərhal sonra - 48-ci dəqiqədə ikinci qolunu vurub. Yaponiyalı futbolçu 55-ci dəqiqədə yenidən fərqlənərək het-trikini rəsmiləşdirib.

“Frayburq”un digər qolunu birinci hissənin sonlarında İqor Matanoviç vurub.

“Verder”in yeganə qoluna isə 76-cı dəqiqədə Dariusz Stalmach imza atıb.

Beləliklə, “Frayburq” Bundesliqada yeni mövsümə üç xalla başlayıb.

İdman.Biz