Liqa 1: Brunnerin dublu “Monako”nu liderliyə yüksəltdi - YENİLƏNİB

31 Avqust 2026 00:48
913
Liqa 1: Brunnerin dublu “Monako”nu liderliyə yüksəltdi - YENİLƏNİB

Fransa Liqa 1-in ikinci turunda “Monako” doğma meydanda “Marsel”i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Lui II” stadionunda keçirilən qarşılaşmada hesab 13-cü dəqiqədə açılıb. Aleksandr Qolovinin ötürməsindən sonra Paris Brunner topu qapıdan keçirib.

Almaniyalı hücumçu ikinci hissədə də fərqlənib. 54-cü dəqiqədə yenidən rəqib qapısına yol tapan Brunner dublunu rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib - 2:0.

Bu nəticədən sonra “Monako” iki oyunda 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edib. “Marsel”in isə 3 xalı var.

Növbəti turda “Monako” sentyabrın 4-də səfərdə PSJ ilə qarşılaşacaq. “Marsel” isə sentyabrın 6-da doğma meydanda “Paris”i qəbul edəcək.

21:33

Fransa Liqa 1-də “Renn” doğma meydanda “Le-Man”ı 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmaya sürətli başlayan meydan sahibləri artıq beşinci dəqiqədə Esteban Lepolun penaltidən vurduğu qolu ilə hesabı açıblar. 26-cı dəqiqədə Valentin Ronjye fərqi iki topa çatdırıb.

“Le-Man” 30-cu dəqiqədə Lui Mafutanın penalti qolu ilə oyuna qayıdıb. 53-cü dəqiqədə penaltidən yenidən fərqlənən Mafuta dubl edərək hesabı bərabərləşdirib.

69-cu dəqiqədə qonaqlar azlıqda qalıblar. Cibril Sidibe qırmızı vərəqə alaraq meydandan qovulub.

Say üstünlüyündən yararlanan “Renn” matçın sonlarında qələbə qolunu vurub. Esteban Lepol penaltidən dəqiq istifadə edərək dublunu rəsmiləşdirib və komandasına üç xalı qazandırıb.

19:23

Fransa Liqa 1-in ikinci turunda “Paris” doğma meydanda “Nitsa”nı böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, “Jan-Buen” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesab 21-ci dəqiqədə açılıb. Lassine Sinayoko penaltidən dəqiq istifadə edərək “Paris”i önə keçirib.

51-ci dəqiqədə Samir Şerqi fərqi iki topa çatdırıb. Görüşdə son nöqtəni isə 89-cu dəqiqədə meydana sonradan daxil olan Vensan Marketti qoyub – 3:0.

Bu qələbə “Paris”in cari Liqa 1 mövsümündə ilk uğuru olub. Paytaxt klubunun iki turdan sonra dörd xalı var.

İdman.Biz