Azərbaycanlı vinger Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, Kipr təmsilçisi pley-off mərhələsinin cavab oyununda Limassolda Albaniyanın “Dinamo Siti” klubunu 4:2 hesabı ilə məğlub edib.
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk qarşılaşmada isə komandalar 1:1 hesablı heç-heçə etmişdilər. “Pafos” qələbəni əlavə vaxtda təmin edib.
Beləliklə, iki oyunun nəticəsinə görə “Pafos” 5:3 hesabı ilə üstünlük qazanaraq Konfrans Liqasının əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, Murad Məmmədov zədə səbəbindən bu görüşdə iştirak etməyib.
