“Beşiktaş” Avropa Liqasına yüksəldi, “Trabzonspor” Konfrans Liqasına düşdü - VİDEO

28 Avqust 2026 02:13
103
“Beşiktaş” Avropa Liqasına yüksəldi, “Trabzonspor” Konfrans Liqasına düşdü

UEFA Avropa Liqasının pley-off mərhələsində Türkiyənin “Beşiktaş” və “Trabzonspor” klubları cavab oyunlarına çıxıblar.

İdman.Biz xəbər verir ki, Türkiyə təmsilçilərindən “Beşiktaş” məğlubiyyətə baxmayaraq, Avropa Liqasının Liqa mərhələsinə yüksəlib. İstanbul klubu səfərdə Litvanın “Kauno Jalgiris” komandasına 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, “Beşiktaş” ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesablı üstünlük qazanan “Beşiktaş” Avropa Liqasının Liqa mərhələsində iştirak hüququ əldə edib. “Kauno Jalgiris” isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.

Digər Türkiyə təmsilçisi “Trabzonspor” isə Avropa Liqası ilə vidalaşıb. İlk oyunda Macarıstanın “Ferentsvaroş” klubuna 0:1 hesabı ilə məğlub olan Trabzon təmsilçisi səfərdə keçirilən cavab qarşılaşmasında da ağır hesabla uduzub – 0:4.

“Trabzonspor” matçın 13-cü dəqiqəsində Ruslan Malinovskinin qırmızı vərəqə alması ilə azlıqda qalıb. İkinci hissədə isə Sidni Kabral ikinci sarı vərəqədən sonra meydandan qovulub və Türkiyə klubu görüşü 9 futbolçu ilə başa vurub.

Beləliklə, “Ferentsvaroş” iki oyunun nəticəsinə görə 5:0 hesabı ilə qalib gələrək Avropa Liqasının Liqa mərhələsinə yüksəlib. “Trabzonspor” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

İdman.Biz