“Tvente”nin baş məşqçisi: “Qarabağ”ı çox yaxşı analiz etmişdik” - VİDEO

28 Avqust 2026 00:40
101
“Tvente”nin baş məşqçisi: “Qarabağ”ı çox yaxşı analiz etmişdik”

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ı məğlub edən “Tvente”nin baş məşqçisi Con van den Brom qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının hər iki oyuna yaxşı hazırlaşdığını bildirib:

“Biz hər iki matça kifayət qədər yaxşı hazırlaşmışdıq. Sadəcə, ilk oyunda bəxtsizlik səbəbindən məğlub olduq. Rəqibin oyununu ətraflı təhlil etdik və çox çalışdıq. Məhz bunun sayəsində qələbə qazandıq. “Qarabağ” hesabı açdıqdan sonra oyuna daha ciddi yanaşmağa başladıq və istədiyimiz nəticəni əldə etdik”.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə “Qarabağ” “Tvente”yə 1:4 hesabı ilə məğlub olaraq UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. İlk qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

İdman.Biz