Naninin oğlu "Sportinq"lə müqavilə bağladı və Ronaldu akademiyasına düşdü - FOTO

27 Avqust 2026 05:20
87
Naninin oğlu "Sportinq"lə müqavilə bağladı və Ronaldu akademiyasına düşdü

Qazaxıstanın “Aktobe” futbol klubunun hücumçusu Luis Naninin 12 yaşlı oğlu Lukas Kunya “Sportinq”lə müqavilə imzalayıb.

İdman.Biz "Noticias ao Minuto"ya istinadən xəbər verir ki, Luiş Nani özü üçün xüsusi və mühüm bir səbəblə yenidən "Kriştianu Ronaldu Akademiyası"na baş çəkib. Onun böyük oğlu Lukas Kunya "Sportinq"lə təlim-tədris müqaviləsi imzalayıb və klubun U-15 komandasında çıxış edəcək.

Futbolçunun cəmi 12 yaşı olmasına baxmayaraq, "şirlər"in mütəxəssislərinin Alvalade klubunun tarixindəki ikonik fiqurlardan birinin oğlunda gördüyü yüksək keyfiyyətlər sayəsində o, öz yaşından böyük kateqoriyada oynayacaq.

Lukas üçün “Sportinq”ə qayıdış xüsusi əhəmiyyət daşıyır. O, futbolda ilk addımlarını məhz bu klubun akademiyasında atıb. Daha sonra atasının yaratdığı “Nani Football Academy”də məşqlərini davam etdirib.

Qeyd edək ki, Nani də “Sportinq”in yetirməsidir. Portuqaliyalı futbolçu 2007-ci ildə Lissabon klubundan “Mançester Yunayted”ə transfer olunub. O, 2026-cı ilin yanvarında “Aktobe” ilə müqavilə imzalayıb.

İdman.Biz