“Atletiko”: Alvarezın “Barselona”ya satılmaq şansı sıfır faizdir

26 Avqust 2026 19:04
112
“Atletiko”:  Alvarezın “Barselona”ya satılmaq şansı sıfır faizdir

İspaniyanın “Atletiko” klubunun futbolçu Xulian Alvarezlə bağlı vəziyyətin uzanması fonunda onun “Barselona”ya satılmasının mümkün olmadığını açıqlayıb.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, klub daxilindəki bir neçə nüfuzlu mənbə argentinalı futbolçunun gələcəyi və onun ətrafının fəaliyyəti ilə bağlı sərt mövqe ortaya qoyub.

“Futbolçunu qurban kimi göstərirlər, amma Xulianla bağlı məsələdə yeganə qurban bizik. Bizə həm iqtisadi, həm də sosial zərər vurulub. Onu “Barselona”ya satmaq şansı sıfır faizdir. Bu məsələ pulla deyil, ləyaqətlə bağlıdır. Çoxlu yalan və yarıhəqiqətin yer aldığı kampaniya yaradılıb. Bütün bunların əvəzini ödəyən yeganə klub “Atletiko”dur”, – deyə nəşr klubdakı mənbələrə istinadən yazıb.

Madrid təmsilçisi həmçinin “Barselona”nın və futbolçunun agenti Fernando İdalqonun son addımlarını nəzərə alaraq daha əvvəl təqdim etdiyi şikayəti yeniləmək niyyətindədir.

İdman.Biz