Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, dörd cütün hamısında ilk matçlardan sonra hesab bərabərdir. Bu görüşlərin qalibləri turnirin liqa mərhələsinə vəsiqə qazanacaqlar.
Günün ən diqqətçəkən qarşılaşması Fransada “Lion” – “Fənərbağça” matçı olacaq. İstanbulda keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb. “Lion” Lois Opendanın qolu ilə hesabı açsa da, Türkiyə təmsilçisi bərabərlik qolunu vurmağı bacarıb.
Digər maraqlı qarşılaşma “Vikinq” - “Dinamo” (Zaqreb) arasında keçiriləcək. İlk oyunda xorvatlar iki top fərqi ilə önə keçsələr də, norveç təmsilçisi hesabı bərabərləşdirərək oyunu 2:2 hesablı heç-heçə ilə başa vurub. “Vikinq”in liqa mərhələsinə yüksəlməsi klub tarixində ilk belə uğur olacaq.
AEK və “Levski” isə Sofiyada keçirilən ilk oyunda qolsuz heç-heçə edib. Yunanıstan klubu cavab görüşündə öz meydanında mərhələ adlamağa çalışacaq.
Daha bir vəsiqənin taleyi “Çele” - “Slovan” (Bratislava) duelində müəyyənləşəcək. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Sloveniya təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağa yaxındır
Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
23:00. AEK – “Levski”
23:00. “Vikinq” – “Dinamo” (Zaqreb)
23:00. “Çele” – “Slovan” (Bratislava)
23:00. “Lion” – “Fənərbağça”
Cütlərin qalibləri Çempionlar Liqasının liqa mərhələsinə, məğlub olan komandalar isə Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanacaqlar.
