"Kocaelispor" Türkiyə Superliqasının II turunun son matçında "Amedspor" üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, "Kocaeli" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 16-cı dəqiqədə açılıb. Rəqib meydanında pressinq nəticəsində topu qazanan Diykstel onu Berkan Kutluya ötürüb. Yarımmüdafiəçi cərimə meydançasının kənarından qüvvətli zərbə ilə fərqlənib.
"Kocaelispor" 87-ci dəqiqədə üstünlüyünü iki topa çatdırıb. Künc zərbəsindən sonra Uğur Kaanın ötürməsini Magliça baş zərbəsi ilə qola çevirib - 2:0.
Bu nəticədən sonra "Kocaelispor" mövsümdə ilk qələbəsini qazanaraq 3 xala çatıb. "Amedspor"un da iki turdan sonra 3 xalı var.
Növbəti turda "Kocaelispor" səfərdə "Konyaspor"la qarşılaşacaq, "Amedspor" isə "Trabzonspor"u qəbul edəcək.
