“Fənərbağça”dan Kerem Aktürkoğlu və Asensio ilə bağlı açıqlama

24 Avqust 2026 08:43
108
“Fənərbağça”dan Kerem Aktürkoğlu və Asensio ilə bağlı açıqlama

Türkiyənin “Fənərbağça” futbol klubu Kerem Aktürkoğlu və Marko Asensionun sağlamlıq vəziyyəti ilə bağlı məlumat yayıb.

İdman.Biz xəbər verir ki, başından zərbə aldıqdan sonra beyin silkələnməsi keçirən Keremin vəziyyəti FIFA-nın tövsiyə etdiyi “Concussion Protocol” qaydalarına uyğun izləniləcək.

Protokolun ən azı 10 gün davam edəcəyi açıqlanıb. Son müayinələrdə Keremdə əlavə mənfi əlamət aşkarlanmayıb və onun ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.

Asensionun isə sol budunun yuxarı hissəsində əzələ dartılması və gərginlik müəyyən edilib. İspaniyalı futbolçunun müalicəsinə başlanılıb və onun “Beşiktaş”la derbiyə hazır vəziyyətə gətirilməsi hədəflənir.

İdman.Biz