Luis Enrike etiraf etdi: “Futbol bəzən yatmağıma imkan vermir”

10 Oktyabr 2026 09:08
91
Luis Enrike etiraf etdi: “Futbol bəzən yatmağıma imkan vermir”

PSJ-nin baş məşqçisi Luis Enrike futbolla bağlı düşüncələrin bəzən onun istirahətinə və yuxusuna mane olduğunu etiraf edib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə Paris klubunun rəsmi saytına açıqlamasında danışıb.

“Məşqçi hətta milli komandaların oyunları ilə əlaqədar uzun fasilələr zamanı belə özünü və komandasını necə inkişaf etdirəcəyini düşünməkdən əl çəkmir. Bəzən yüksək səviyyəli məşqçilərin problemi də məhz budur - onlar heç vaxt işdən tamamilə uzaqlaşa bilmirlər.

Elə olur ki, növbəti rəqib, onun necə oynayacağı və baş məşqçisinin hansı qərarları verəcəyi barədə düşündüyün üçün yata bilmirsən. Futbola olan bu ehtirası idarə etmək bəzən çətinləşir”, - deyə Enrike bildirib.

Qeyd edək ki, PSJ oktyabrın 10-da Fransa çempionatında “Le Man”ı qəbul edəcək. Paris təmsilçisi qarşılaşma öncəsi Liqa 1-in turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

İdman.Biz