İngiltərə, İspaniya, İtaliya və Fransa çempionatlarında azarkeşləri bir sıra maraqlı oyunlar gözləyir. Almaniya Bundesliqasında isə 2026/27 mövsümü hələ başlamayıb.
İdman.Biz xəbər verir ki, avqustun 23-də İngiltərə Premyer Liqasının birinci turunda üç qarşılaşma baş tutacaq. “Mançester Siti” “Bornmut”u, “Brayton” “Aston Villa”nı qəbul edəcək. Günün son oyununda “Nyukasl”la “Liverpul” üz-üzə gələcək.
İspaniya La Liqasının ikinci turunda Madrid “Atletiko”su “Vilyarreal”la, “Xetafe” “Rasinq”lə qarşılaşacaq. “Barselona” isə səfərdə “Elçe”nin qonağı olacaq.
İtaliya A Seriyasının ilk turunda “Yuventus” “Frozinone”nin qonağı olacaq. Həmçinin “Venetsiya” – “Leççe”, “Atalanta” – “Sassuolo” və “Torino” – “Milan” görüşləri keçiriləcək.
Fransa Liqa 1-də “Anje” – “Lill”, “Havr” – “Monako” və PSJ – “Renn” qarşılaşmaları baş tutacaq.
Türkiyə Super Liqasının ikinci turunda isə “Trabzonspor” “Başakşehir”i, “Eyüpspor” “Qaziantep”i qəbul edəcək. Günün son iki matçında “Alanyaspor” – “Beşiktaş” və “Göztəpə” – “Gənclərbirliyi” cütləri üz-üzə gələcəklər.
23 avqustun oyun proqramı (Bakı vaxtı ilə):
İngiltərə Premyer Liqası
17:00. “Brayton” – “Aston Villa”
17:00. “Mançester Siti” – “Bornmut”
19:30. “Nyukasl” – “Liverpul”
İspaniya La Liqası
19:00. “Atletiko” – “Vilyarreal”
21:30. “Xetafe” – “Rasinq”
23:30. “Elçe” – “Barselona”
İtaliya A Seriyası
20:30. “Frozinone” – “Yuventus”
20:30. “Venetsiya” – “Leççe”
22:45. “Atalanta” – “Sassuolo”
22:45. “Torino” – “Milan”
Fransa Liqa 1
17:00. “Anje” – “Lill”
19:15. “Havr” – “Monako”
22:45. PSJ – “Renn”
Türkiyə Super Liqası
20:00. “Eyüpspor” – “Qaziantep”
20:00. “Trabzonspor” – “Başakşehir”
22:30. “Göztəpə” – “Gənclərbirliyi”
22:30. “Alanyaspor” – “Beşiktaş”
Qeyd edək ki, Almaniya Bundesliqasının 2026/27 mövsümü avqustun 28-də başlayacaq.
